Salamlar,
Yəqin ki bir çox yerdən oxumusunuz Xaker nədir?, Cracker-lik nədir? ya da Lammerlik nədir?, Mən bir az bu haqda izah vermək istəyirəm. Bunları ayıra bilsəniz nə probleminiz olar nədə nəticə əldə etməkdə gecikəcəksiniz.
Hakerlik- yəni kompüter sənətinin ustaları yaradıcıları, idea verənləri və ya onları proqramlaşdırıb həyata keçirənlər. Bu adamlar cinayətkarlıq etmirlər yaradıcılıqla və inkişafla məşğul olurlar. Amma nə etmək olar ki bəzi adamlar onları Crackerlərlə səhv salırlar.
Crackerlər- isə cinayətkarlıqla məşğul olanlara deyilir. Bu adamlar məxfi məlumatların oğurlanması, başqalarının hesablarına girməklə məşğul olur ya da saytları sıradan çıxardıb və ya serverləri çöktürürlər. Məhz bu adamları Xakerlərlə səhv salırlar.
Xakerlərdə bunu etməyə qadirdirlər amma onlar yaxşı tərəfdə durur və sistemləri, serverləri,şəbəkələri Crackerlərdən qorumaqla məşğul olurlar. Onu da bilin ki səhvi tapmaq asanddır amma səhvsiz sistemi quruluşu düzəltmək qat-qat çətindir. Xaker ola bilmək daha çətindir nəinki Cracker olub həmin sistemlərdə boşluqlar tapıb onu məhv və ya öz xeyrinə işlədəsən.
Hər bir ölkə hal-hazırda informasiyanı neftdən, qızıldan daha qiymətli sayır və onun əldə edilməsi üçün əlləridən gələni edirlər.İnformasiyada bizim maraqlandöğımız bu texnalogiyalarda personal kompüterlərimizdə, serverlərimizdə öz əksini tapır.
Mən hammıza Azərbaycanı qorumaq üçün Xaker olmağı, düşmənlərimizlə mübarizə aparmaq üçün Cracker olmağımızı arzulayıram.AMİN.![]()

